TƏCİLİ! Bakıda qar yağacaq, çovğun və şaxta olacaq – XƏBƏRDARLIQ

TƏCİLİ! Bakıda qar yağacaq, çovğun və şaxta olacaq – XƏBƏRDARLIQ

Hazırda oxunan: TƏCİLİ! Bakıda qar yağacaq, çovğun və şaxta olacaq – XƏBƏRDARLIQ

591572

Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan 21-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, havanın minimal temperaturunun yanvarın 19-dan 20-nə keçən gecə 0 dərəcəyə yaxın, 21-22-si gecə saatlarında isə 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar qısamüddətli çovğun olacağı ehtimal olunur.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin yanvarın 21-i gündüzədək davam edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı ehtimalı var.
 

Havanın minimal temperaturunun dağətəyi rayonlarda 6 dərəcəyədək şaxta, dağlıq rayonlarda 7-12 dərəcə, yüksək dağlıq ərazilərdə isə 18-23 dərəcə şaxta olacağı gözlənilir.


Ölkə ərazisində, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO