Bu gün AMEA Rəyasət Heyətinin toplantısının keçiriləcəyi və Ramiz Mehdiyevin istefa verəcəyi iddia edilir.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.
MÖVZU İLƏ BAĞLI:
Mehdiyev və Məmmədov arasında qalmaqal yeni dövrə qədəm qoydu
Onun yerinə birinci vitse-prezident Arif Həşimovun seçiləcəyi bildirilir.
AMEA Rəyasət Heyətinin Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva iddialarla bağlı Bizim.Media-ya açıqlama verib. O, bu gün AMEA-nın Rəyasət Heyətinin hər hansı toplantısının olmayacağını bildirib:
"Rəyasət Heyətinin bu gün iclası nəzərdə tutulmur. Deyilən və yazılanlar şayiədir", - deyə qurum rəsmisi vurğulayıb.
Xatırladaq ki, Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsinə 2019-cu ildə seçilib.
Bizim.Media