2026-cı ildə 240 valideyn himayəsindən məhrum olmuş uşağın müəssisələrdən ailə himayəsinə qaytarılması nəzərdə tutulub. Eyni zamanda, bu il 220 uşağın müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində işlər aparılır.
Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu məqsədlə valideyn himayəsindən məhrum olmuş daha 50 uşağın himayədar ailələrdə yerləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda, 2026-cı ildə daha 165 uşağın övladlığa verilməsi planlaşdırılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:27 / 19.01.2026
Bu il daha 165 uşaq övladlığa veriləcək
Hazırda oxunan: Bu il daha 165 uşaq övladlığa veriləcək
Hazırda oxunan: Bu il daha 165 uşaq övladlığa veriləcək
591533
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































