19 yanvar səhər saatlarında hüquq-mühafizə orqanları Dağıstanın Buynaksk rayonu rəhbəri Ullubiya Xanmurzayevi saxlayıb.
Bizim.Media xəbər verir ki, u barədə bölgənin siyasi və sosial həyatı ilə bağlı olan “Sprasite u Rasula” Telegram kanalı məlumat verib.
Nəşr yazır ki, bu barədə yerli hakimiyyət orqanları rəsmi açıqlama verməyib.
Xatırladaq ki, dekabr ayında Dağıstanın Novolak rayonunun sabiq rəhbəri, respublika hökumətinin Novolak sakinlərinin yeni yaşayış yerlərinə köçürülməsi üzrə idarəsinin başçısı Mağomed-Hacı Aydiyev qanunsuz torpaq paylanması işi üzrə fevralın 2-dək həbs edilmişdi.
İstintaq versiyasına görə, Aydiyev ehtiyacı olmayan və torpaq sahəsi almağa qanuni əsasları olmayan 37 şəxsə ümumi sahəsi 5,17 hektar olan torpaq sahələrini pulsuz verib. Eyni zamanda, həqiqətən torpağa ehtiyacı olan şəxslər bu imkandan məhrum ediliblər.
Bizim.Media


































































































