Yanvarın 16-da Mingəçevir şəhərində 54 yaşlı İlqar Rüstəmova məxsus fərdi yaşayış evində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, hadisə zamanı yanıq xəsarəti alan İ.Rüstəmov yanvarın 17-də xəstəxanada ölüb.
Yanğına səbəb elektrik qızdırıcısının aşması olub.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu



































































































