Avtomobil gedir, sürücü yatır: Tesla məharəti - VİDEO

Avtomobil gedir, sürücü yatır: Tesla məharəti - VİDEO

Hazırda oxunan: Avtomobil gedir, sürücü yatır: Tesla məharəti - VİDEO

591338

Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, kadrlarda şosse ilə hərəkətdə olan Tesla markalı avtomobilin salonunda bir cütlüyün sakit şəkildə yatdığı görünür. Videonu paylaşanlar görüntüləri ironik tərzdə “əla avtomobil” şərhi ilə təqdim ediblər.

Lakin avtomobil istehsalçısının rəsmi qaydalarına əsasən, yarı-avtomatik idarəetmə sistemləri aktiv olsa belə, sürücü daim yola baxmalı və istənilən an sükanı ələ almağa hazır vəziyyətdə olmalıdır. Qaydalarda açıq şəkildə qeyd olunur ki, əllər ən azı sükanın yaxınlığında, ideal halda isə birbaşa sükan üzərində saxlanmalıdır.

Mütəxəssislər bildirirlər ki, bu cür məsuliyyətsiz davranış texnologiyaya həddindən artıq güvənməkdən qaynaqlanır və yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır. Belə halların ağır yol-nəqliyyat hadisələri ilə nəticələnə biləcəyi vurğulanır. (Musavat.com)

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO