Bu yaşayış massivində sakinlərin problemləri bitmək bilmir - VİDEO

Bu yaşayış massivində sakinlərin problemləri bitmək bilmir - VİDEO

Hazırda oxunan: Bu yaşayış massivində sakinlərin problemləri bitmək bilmir - VİDEO

591335

Albalı bağlar yaşayış massivində sakinlərin problemləri bitmək bilmir.

 Bizim.Media xəbər verir ki, onlar bildirirlər ki, ərazidə nə kanalizasiya sistemi, nə də içməli su xətti mövcuddur. Həmçinin yaşayış massivində işıq dirəkləri və zibil konteynerləri də yoxdur.

"İki gün yağış yağdı, yollar bərbad vəziyyətə düşdü. Yazıq uşaqlar məktəbə gedəndə az qalır ki, divara dırmaşsınlar", - vətəndaşlardan biri söyləyib.

Digər bir sakin isə qeyd edib: "Şikayət etsək də, gəlib baxan yoxdur. Burada zibil qutuları, içməli su mövcud deyil".

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən (İŞBSTX) bildirilib ki, qurumun mərkəzləşmiş su və kanalizasiya şəbəkəsi olmayan ərazilərdə infrastrukturun qurulması və subasma hallarının qarşısının alınması məqsədilə tikinti-quruculuq işləri aparılır: "Sözügedən ərazidə də tullantı su təchizatı mərhələli şəkildə qurulacaq".

Sıradan çıxan yolların nə zaman düzəldiləcəyi, ərazinin işıq dirəkləri və zibil konteynerləri ilə təmin olunması məsələsi ilə bağlı isə Sabunçu Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, rayonun bütün qəsəbələrində olduğu kimi, Maştağada da qəsəbədaxili yolların asfaltlanması mərkəzləşdirilmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir.

Bildirilib ki, Maştağa qəsəbəsi, 49-cu Maştağa küçəsində yolun təmiri ilə bağlı tədbirlərin Dövlət İnvestisiya Proqramına əlavə edilməsi üçün Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət olunub.

Həmçinin küçə işıqlarının quraşdırılması ilə bağlı "Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsinin Sabunçu təmir-bərpa sahəsinə, məişət tullantılarının atılması üçün nəzərdə tutulan konteynerlərin yerləşdirilməsi üçün isə Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məlumat verilib.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO