Xocavənddə qəza törədən sürücü saxlanıldı - 21 nəfər xəsarət alıb

Xocavənddə qəza törədən sürücü saxlanıldı - 21 nəfər xəsarət alıb

Hazırda oxunan: Xocavənddə qəza törədən sürücü saxlanıldı - 21 nəfər xəsarət alıb

0:00
0:00
59128

Azad olunmuş ərazidə yol qəzası törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Xocavənddə bu şirkətin avtobusu qəzaya uğradı - Xəsarət alanlar var


Mənbə qeyd edib ki, hadisə ilə bağlı qəzaya uğrayan avtobusun sürücüsü Paşa Mürşüdov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda fakt üzrə başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, fevralın 6-sı axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.

Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən 21 nəfər xəsarət alıb. 16 nəfər ilkin tibbi yardımdan sonra Bakıya təxliyə edilib. 5 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasındadır. Yaralıların vəziyyəti sabitdir və həkim nəzarətindədirlər.

Qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb.

Hadisə ilə bağlı Xocalı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO