Dünən amansızca qətlə yetirilən qadınla bağlı REPORTAJ - VİDEO

Dünən amansızca qətlə yetirilən qadınla bağlı REPORTAJ - VİDEO

Hazırda oxunan: Dünən amansızca qətlə yetirilən qadınla bağlı REPORTAJ - VİDEO

59127

Dünən Bakıda qadın qətlə yetirilib.

Bizim.Media xəbər verir ki, hadisə Qaradağ rayonu “Qobu park” yaşayış massivində baş verib.

39 yaşlı Qənəət Fərmanova yaşadığı evdə amansızlıqla öldürülüb. Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlayıb.

Dərhal hadisə yerinə istintaq qrupu gəlib. Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. 

“Xəzər” televiziyası olayla bağlı reportaj hazırlayıb. Qonşuların sözlərinə görə, Laçın rayon sakini Qənəət Fərmanovanın 9 və 11-ci sinifdə oxuyan iki oğlu var. Qonşular ehtimal edirlər ki, hadisə vaxtı uşaqlar evdə olmayıb. Məlumata görə, qadın yaxınlıqdakı supermarketlərdən birində satıcı işləyirmiş.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO