Lənkəranda avtomobil 54 yaşlı piyadanı VURDU

Lənkəranda avtomobil 54 yaşlı piyadanı VURDU

Hazırda oxunan: Lənkəranda avtomobil 54 yaşlı piyadanı VURDU

590983

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Zərifə Əliyeva küçəsində qeydə alınıb.
 

Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsi Lənkəran şəhər sakini, 1972-ci il təvəllüdlü Rəşad Valqəddin oğlu Qədirovu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb.


Həkimlər ona başın gicgah nahiyəsinin əzilmiş-didilmiş yarası diaqnozu qoyublar. Yaralının müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO