Bir gündə avtomobil və avtobus çuxura düşdü – Hər iki sürücüyə kompensasiya VERİLƏCƏK?

Bir gündə avtomobil və avtobus çuxura düşdü – Hər iki sürücüyə kompensasiya VERİLƏCƏK?

Hazırda oxunan: Bir gündə avtomobil və avtobus çuxura düşdü – Hər iki sürücüyə kompensasiya VERİLƏCƏK?

590959

Xəbər verdiymiz kimi, dünən Bakı ərazisində iki dəfə çökmə hadisəsi baş verib.

Əvvəlcə Paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yerləşən binaların həyətində çökmə hadisəsi baş verib və nəticədə, “Nissan Sunny” markalı avtomobil çuxura düşüb. Daha sonra isə Bakıda “Neftçilər” metrostansiyası - Naximov küçəsi marşrutu üzrə hərəkət edən 51 nömrəli avtobus hərəkətdə olarkən yoldakı çuxura düşüb.

Hər iki hadisə nəticəsində avtomobilə və avtobusa zərər dəyib.

Bu halda avtomobillərə dəyən zərərin qarşılığında sürücülərə kompensasiya verilə bilər?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən hüquqşünas Ramil Süleymanov hansı hallarda sürücülərə konpensasiya ödəniləcəyi barədə danışıb.

O, qeyd edib ki, həm Mülki Məcəllənin, həm də “Avtomobil Yolları” haqqında Qanunun tələblərinə əsasən, yolun idarəetməsi kimin balansındadırsa (dövlət qurumu, dövlət qurumu tərəfindən vəzifələndirilmiş hüquqi şəxs, bələdiyyə və s.) və yolun saxlanılmasına birbaşa cavabdehliyi həmin şəxs daşıyırsa, nəticə etibarilə, avtomobilə dəymiş zərərə də həmin şəxs və ya qurum cavabdeh olacaq.
 

“Mütləq şəkildə həmin avtomobilin çuxura düşməsi müvafiq saylarla, o cümlədən, foto və video ilə təsdiq olunmalıdır. Əgər avtomobil durduğu yerdə yol çökmüşdürsə, bu artıq birmənalı şəkildə vurulmuş zərərin ödənilməsi üçün əsasdır. Yaxud da avtomobil hərəkət edən zaman çökmüş sahə mühafizə olunmayıbsa, bu da əsas verir ki, vətəndaşa dəymiş ziyan ödənilsin”.

Bəs bu halda sürücü öz haqqını necə tələb etməlidir? Onu hansı proses gözləyir?

Həmçinin, mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov da sürücülərə kompensasiya ödənilməsi prosesinin detallarını izah edib:

“Əgər sürücü və onun avtomobili zərər çəkibsə, bu zaman onun iddia qaldırmaq hüququ var. Bu halda sürücü ilk növbədə qəzanın foto-video və ərazi qeydiyyatını aparmalıdır. Dövlət Yol Patrul Xidmətini hadisə yerinə çağırmalıdır, hadisə protokollaşdırılmalıdır, avtomobilə dəyən zərər qiymətləndirici tərəfindən qiymətləndirilməlidir.

Sənədlər toplanmalı, şahidlər varsa onların da adları və telefon nömrələri götürülməlidir. Daha sonra həmin zərər çəkmiş vətəndaş məhkəməyə müraciət edərək dəymiş zərərin ödənilməsini təmin edə bilər”.


Fatimə Əliyeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO