Dövlət Sərhəd Xidmətinin (DSX) Atçılıq Mərkəzinin yaradılmasının 15-ci ildönümü münasibəti ilə tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, mərasimdə DSX rəisi general-polkovnik Elçin Quliyev, Gənclər və İdman Naziri Fərid Qayıbov və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları öncə hərbi hissənin ərazisində yaradılmış şəraitlə tanış olub, Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin xidməti fəaliyyəti ilə bağlı foto-sərgiyə baxış keçiriblər.
MÖVZU İLƏ BAĞLI:
Nazir atçılıq mərkəzinə baş çəkdi
Ali Baş Komandan İlham Əliyevin qayğısı sayəsində ölkəmizdə idmanın bütün sahələrində olduğu kimi atçılıq idmanının da inkişafının xüsusi diqqət mərkəzində saxlanıldığı, Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” atçılıq mərkəzinin “Süvarilər” qrupunun, çövkən, konkur, polo komandalarının respublika üzrə və digər ölkələrdə keçirilmiş mötəbər tədbirlərdə, beynəlxalq yarışlarda ölkəmizi yüksək səviyyədə təmsil edərək uğurlar qazandıqları qeyd olunub.
Yubiley mərasimində Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri və “Sərhədçi” Mədəniyyət Mərkəzinin rəqs qrupu maraqlı repertuarla çıxış ediblər.
“Süvarilər” qrupu Qarabağ və Dilbaz atları üzərində qapalı manejdə xüsusi proqram nümayiş etdirib, açıq manejdə “Konkur” komandası nümunəvi çıxışlar edib, “Polo” və “Cövkən” komandalarının oyununa baxış keçirilib.
Yubiley tədbirinin sonunda mükafatlandırılma mərasimi olub.
Bizim.Media