Qusarda avtomobil məktəbliləri VURDU - Xəsarət alanların SON DURUMU necədir?

Qusarda avtomobil məktəbliləri VURDU - Xəsarət alanların SON DURUMU necədir?

Hazırda oxunan: Qusarda avtomobil məktəbliləri VURDU - Xəsarət alanların SON DURUMU necədir?

590577

Qusarda məktəblilərin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə 2 nömrəli məktəbin qarşısında baş verib. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən iki məktəblini vurub.

Hadisə nəticəsində 2009-cu il təvəllüdlü E.Piriyeva və 2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Qusar Rayon Mərkəzi Xəstəxanasından saytımıza xəsarət alanlarla bağlı açıqlama verilib.

Bildirilib ki, 13.01.2026-cı il tarixində saat 14:00 radələrində Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (qadın) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

2009-cu il və 2010-cu il təvəllüdlü pasiyentlərə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Hər iki pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO