Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bayramov Röyal Vüqar oğlu təhsil aldığı Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində huşunu itirərək vəfat edib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, 12.01.2026-ci il tarixində saat 08:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Gəncə şəhərindən təcili çağırış qeydə alınıb:
“Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2008-ci il təvvəllüdlü şəxsin (oğlan) həkiməqədər ölüm faktı qeydə alınıb.
Ətrafdakıların təkidi ilə saat 09:10 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya həyata keçirilib. Həkim heyəti tərəfindən onun həkiməqədər ölüm faktı təsdiq olunub və aidiyyəti üzrə təhvil verilib”.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
16:36 / 12.01.2026
Gəncədə tələbənin qəfil ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Gəncədə tələbənin qəfil ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Gəncədə tələbənin qəfil ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
590369
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































