Deputatdan ETİRAZ: “Dövlət qurumlarının “qaynar xət”lərinə zəng ödənişsiz olmalıdır”

Deputatdan ETİRAZ: “Dövlət qurumlarının “qaynar xət”lərinə zəng ödənişsiz olmalıdır”

Hazırda oxunan: Deputatdan ETİRAZ: “Dövlət qurumlarının “qaynar xət”lərinə zəng ödənişsiz olmalıdır”

590341

Bu gün bütün dövlət qurumlarının, eləcə də əksər qeyri-dövlət qurumlarının “qaynar xətti” var. Vətəndaşlar öz problemlərinin operativ həlli üçün bu “qaynar xətlər”dən istifadə edir. Amma bu məsələdə bir narahatedici məqam var.

Belə ki, vətəndaşlar stasionar telefonlardan çox az istifadə etdikləri üçün zənglər daha çox mobil telefonlardan edirlər. Belə məqamlarda isə bir çox dövlət qurumlarının “qaynar xətti” ilə əlaqə yaratmaq ödənişlidir.

Nəzərə alaq ki, bəzi qurumların “qaynar xətti”nə düşmək xeyli uzun çəkir. Bəzən dəstək əlində 15-20 dəqiqə gözləməli olursan. Bu müddətdə isə telefonundakı konturlar “uçub gedir”.

Maraqlıdır vətəndaşlara operativ və keyfiyyətli xidmət göstərmək üçün yaradılan “qaynar xətlər” niyə ödənişsiz deyil?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Fazil Mustafa deyib ki, bu vətəndaşın mənafeyini düşünmədən yükləmə variantıdır.
 

“Yəni, bu AYNA-nın tətbiq elədiyi cərimələr kimi bir məsələdir. Ona görə də bu yanlış bir yanaşmadır. Halbuki bütün qurumlar maraqlı olmalıdır ki, vətəndaşlar daha rahat şəkildə zəng edib, problemini deyə bilsin, hansısa bir məsələnin həllinə nail olsun.


Hesab edirəm ki, bu cür məsələlərə ciddi yanaşmalıyıq. Pullu xidmət yalnız o sahədə ola bilər ki, vətəndaş onu komfort üçün edir. Amma vətəndaş öz həyat şəraitini yaxşılaşdırmaq, problemini həll etmək istəyirsə, orada pullu xidmət olmaz”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO