Ötən il aprelin 30-da "MedAura" klinikasında burun əməliyyatı zamanı Nigar İlham qızı Budaqlının koma vəziyyətinə düşməsinə səbəb olan lor-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barədə cinayət işi başlanılıb.
Bu barədə Bizim.Media-ya Nigarın hüquqlarını müdafiə edən, 20 saylı büronun vəkili Rusif Eminli məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Gənc qızı komaya salan həkim İŞ BAŞINDA – ÖZƏL/FOTOFAKT
Onun sözlərinə görə, cinayət işi ilə bağlı istintaq tamamlanaraq iş məhkəməyə göndərilib.
Hər iki şəxs haqqında Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə məsuliyyətə cəlb edilən həkimlər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Vəkil bildirib ki, Nigar Budaqlının durumu hazırda eyni olaraq qalmaqdadır. O, aylardır koma vəziyyətindədir.
Naibə Məmmədova, Bizim.Media






























































































