Üz yuyulduqdan sonra onu adi dəsmalla qurulamaq dəri üçün zərərli ola bilər.
Bizim.Media xəbər verir ki, bədən üçün istifadə olunan dəsmallar üzərində çoxlu bakteriya toplayır və bu bakteriyalar üz dərisi ilə təmas etdikdə sızanaq, qızartı və məsamələrin tutulmasına səbəb ola bilər.
Həmçinin dəsmalların sərt toxuması dəridə mikro zədələr yarada, həssas dərilərdə isə qıcıqlanmanı artıra bilər.
Güclü sürtərək qurulama üz dərisinin təbii nəmini və qoruyucu yağ qatını zədələyir. Bu da dərinin qurumasına və daha çox yağ ifraz etməsinə yol aça bilər.
Mütəxəssislər üz dərisini qurulamaq üçün ya birdəfəlik kağız salfetlərdən, ya da yalnız üz üçün ayrılmış, yumşaq və təmiz dəsmallardan istifadə etməyi tövsiyə edirlər. Ən sağlam üsul isə üzü sürtmədən, yüngül toxunuşlarla qurulamaqdır. (pravda.az)
Bizim.Media






























































































