Lənkəranda iki bacı dəm qazından ZƏHƏRLƏNDİ

Lənkəranda iki bacı dəm qazından ZƏHƏRLƏNDİ

Hazırda oxunan: Lənkəranda iki bacı dəm qazından ZƏHƏRLƏNDİ

589553

Lənkəran rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Separadi kəndində baş verib. 

Kənd sakinləri, 1958-ci il təvəllüdlü Firayə Cabir qızı Kərimova və onun bacısı, 1972-ci il təvəllüdlü Rəna Cabir qızı Kərimova vanna otağında huşsuz vəziyyətdə aşkar ediliblər.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası hər iki qadını ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırıb.

Yaxınlarının bildirdiyinə görə, vanna otağında odunla işləyən peç və üzərində buxar verən daşlar olub. İlkin ehtimallara əsasən, qapalı məkanda yaranan buxar və tüstü dəm qazının toplanmasına səbəb olub.

Məlumata görə, Rəna Kərimova bacısı Firayə Kərimovanın evinə qonaq gəlibmiş.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO