Goranboyda bacı və qardaşın torpaq üstündə öldürüldüyü üzə çıxdı – Qətlin təfərrüatı

Goranboyda bacı və qardaşın torpaq üstündə öldürüldüyü üzə çıxdı – Qətlin təfərrüatı

Hazırda oxunan: Goranboyda bacı və qardaşın torpaq üstündə öldürüldüyü üzə çıxdı – Qətlin təfərrüatı

0:00
0:00
58943

Fevralın 6-sı saat 17 radələrində Goranboy rayonu, Qarasüleymanlı kəndi ərazisində kənd sakinləri 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Goranboy rayon prokurorluğundan məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Goranboyda bacı-qardaşı öldürən şəxsi polis saxladı - ÖZƏL


Aparılmış ilkin araşdırmalarla zərərçəkmişlərin həmkəndlisi, 1965-ci il təvəllüdlü İlham Haqverdiyevin torpaq mübahisəsi iə əlaqədar aralarında yaranmış münaqişə zamanı Pərviz Namazov və Səlmi Namazovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO