Vurulan təyyarəmizlə bağlı Rusiyadan Azərbaycana ŞOK MƏKTUB - FOTO

Vurulan təyyarəmizlə bağlı Rusiyadan Azərbaycana ŞOK MƏKTUB - FOTO

Hazırda oxunan: Vurulan təyyarəmizlə bağlı Rusiyadan Azərbaycana ŞOK MƏKTUB - FOTO

589346

Rusiya İstintaq Komitəsinə aid olduğu deyilən məktub yayılıb.

Bizim.Media xəbər verir ki, “BT News” teleqram kanalı həmin sənədi dərc edib.

Artıq Azərbaycanın Baş Prokurorluğuna ünvanlandığı qeyd edilən məktubda bildirilir ki, “AZAL-a məxsus təyyarə Rusiyada əlverişsiz hava şəraiti səbəbindən yerə enə bilməyib, daha sonra eniş zamanı yerə çırpılıb. Bu əsasda cinayət işinə xitam verilib”.

Sözügedən məktubla bağlı hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında paylaşım edib:

“Rusiya Federasiyasının İstintaq Komitəsi günahı “hava şəraitində” görürsə, cinayət işinə hansı əsasla xitam verir?

Bu halda, ölümlərə görə məsuliyyət daşıyanların məsuliyyətdən yayındırmaq cəhdi aşkar şəkildə ortaya çıxır. Faciəyə görə məsuliyyət daşıyan Rusiya tərəfidir:

AZAL təyyarəsi “Pantsir-S1” hava hücumundan müdafiə kompleksindən buraxılan raket ilə vurulub və sənəddə təsvir etməyə çalışıldığı kimi, sonradan hava limanının özündə deyil, Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.

Rusiya İstintaq Komitəsinin sədri Bastrikinin imzaladığı sənədin məzmunu Rusiya Prezidenti Vladimir Putinin 9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində səsləndirdiyi rəsmi mövqeyi ilə birbaşa ziddiyyət təşkil edir. Həmin vaxt Putin AZAL mülki təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə əməliyyatları nəticəsində qəzaya uğradığını etiraf etmiş və “bu cür vəziyyətlərdə tələb olunan hər şeyi etməyə” hazır olduğunu bildirmişdi”.
 

Qeyd edək ki, XİN rəhbəri Ceyhun Bayramov 26 dekabrda ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, yaxın günlərdə Azərbaycana Rusiya İstintaq Komitəsi tərəfindən imzalanmış məktub təqdim edilib.


“Bu məktubda Azərbaycanın ciddi təəccübünü doğuran məqam var idi. Bunlardan biri Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin məsələ ilə bağlı cinayət işinə xitam verməsi barədə məlumat olub. Bu, ciddi suallar yaradır və təəccüb doğurur”, - deyə o əlavə edib. (Mənbə: Qafqazinfo.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO