525 nömrəli marşrut xəttinə daha 10 avtobus cəlb olunur

525 nömrəli marşrut xəttinə daha 10 avtobus cəlb olunur

Hazırda oxunan: 525 nömrəli marşrut xəttinə daha 10 avtobus cəlb olunur

589332

Yanvarın 7-dən Masazır qəsəbəsini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrut xəttinə daha 10 müasir, komfortlu, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilən "King Long" markalı avtobus cəlb edilir.

Bizim.Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Daşıyıcı tərəfindən marşrut üzrə avtobuların bir qismi 2025-ci ildə yenilənmişdir.

Hazırda isə yeni alınan və sərnişin tutumu yüksək olan nəqliyyat vasitələri xətt üzrə istismara buraxılır. Yaxın aylarda marşrut üzrə avtobusların digər qisminin də yenilənməsi təmin ediləcək. Marşrut üzrə 25 avtobus 6-7 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO