Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkətdə olan "Toyota" markalı maşınla toqquşub.
Hadisə nəticəsində "Chevrolet"in sürücüsü 26 yaşlı Rəfa Ağalı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media


































































































