Bu bürclər üçün "qızıl dövr" başlayır

Bu bürclər üçün "qızıl dövr" başlayır

Hazırda oxunan: Bu bürclər üçün "qızıl dövr" başlayır

588941

Astroloqların proqnozlarına görə, 2026-cı il xüsusilə karyera, biznes və maliyyə baxımından bəzi bürclər üçün “qızıl dövr” vəd edir. Planetlərin əlverişli düzülüşü bu bürclərə həm yeni imkanlar, həm də gözlənilməz uğurlar gətirəcək.

Bizim.Media "Yeni Sabah"a istinadən 2026-cı ildə işi ən rahat gedəcək 5 bürcü təqdim edir:

Oğlaq

2026-cı il Oğlaqlar üçün uzun illərin əziyyətinin real nəticələrə çevrildiyi dövr olacaq.

Saturnun dəstəyi bu bürcün nümayəndələrinə iş həyatında sabitlik, yüksəliş və nüfuz qazandıracaq. Rəhbər vəzifəyə keçid, maaş artımı və ya öz biznesini böyütmək üçün ideal zamandır.

Buğa

Buğalar 2026-cı ildə maliyyə baxımından rahat nəfəs alacaqlar. Xüsusilə investisiya, daşınmaz əmlak və ailə biznesi ilə məşğul olan Buğalar üçün il son dərəcə məhsuldar olacaq. Risk etmədən, ağıllı addımlarla böyük qazanc əldə etmək mümkündür.

Qız

Qız bürcləri üçün 2026 planlı və sistemli işləyənlərin mükafatlandırıldığı il olacaq.

Analitik düşüncə və məsuliyyət hissi sayəsində işdə fərqlənəcək, rəhbərliyin diqqətini cəlb edəcəklər. Xariclə əlaqəli layihələr və yeni müqavilələr də gündəmə gələ bilər.

Şir

Şirlər üçün 2026 parlaq səhnə deməkdir. Günəşin güclü təsiri bu bürcün nümayəndələrinə liderlik imkanları açacaq. Media, siyasət, yaradıcılıq və idarəçilik sahəsində çalışan Şirlər üçün il xüsusilə uğurlu görünür.

Oxatan

Oxatanlar 2026-cı ildə gözləmədikləri iş təklifləri və beynəlxalq imkanlarla qarşılaşa bilərlər. Səyahət, xaricdə iş və ya yeni sahəyə keçid bu bürc üçün çox uğurlu nəticələr verəcək. Risk etməkdən çəkinməyən Oxatanlar böyük qazanc əldə edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO