Yeni ilin ilk gecəsindən başlayaraq yağan qar ən çox Qubanın unikal kəndi Xınalıqda özünü göstərib.
Yerli sakinlərin Bizim.Media-ya verdiyi məlumata görə, Xınalıqda qarın hündürlüyü 40 sm-ə çatıb.
Quba-Xınalıq yolu ötən gün qar səbəbindən bağlı idi, lakin səhər tezdən yol işçiləri yolun tam açılmasını təmin ediblər.
Sakinlərin sözlərinə görə, qar uşaqlar üçün heç bir problem yaratmayıb, əksinə onları sevindirib. Xınalıqlı uşaqlar qarın ləzzətini xizək sürərək və qartopu oynayaraq çıxarırlar.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu



































































































