Kəlbəcərdə 32 ildən sonra ilk dəfə Yeni il şənliyi təşkil edildi - FOTO

Kəlbəcərdə 32 ildən sonra ilk dəfə Yeni il şənliyi təşkil edildi - FOTO

Hazırda oxunan: Kəlbəcərdə 32 ildən sonra ilk dəfə Yeni il şənliyi təşkil edildi - FOTO

588382

Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra ilk dəfə olaraq 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Bizim.Media xəbər verir ki, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutan tədbir rayon ərazisində yaşayan ailələr və uşaqlar üçün bayram əhval-ruhiyyəsinin yaradılmasına, həmrəyliyin və birlik hissinin gücləndirilməsinə xidmət edib.
 

Tədbir çərçivəsində şəhərin birinci yaşayış məhəlləsində yolka ağacı bəzədilib, Şaxta baba və Qar qız uşaqlara hədiyyələr təqdim ediblər.


Musiqi sədaları altında davam edən bayram şənliyi uşaqlara böyük sevinc hissi yaşadıb. 

Tədbirdə iştirak edə bilməyən uşaqlar isə Şaxta baba tərəfindən evlərində ziyarət olunub, onlara bayram hədiyyələri çatdırılıb.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO