Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ticarət şəbəkələrində satışa çıxarılan Yeni il hədiyyə qutuları və məhsulları ilə bağlı monitorinqləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, dekabrın 11-27-də keçirilən monitorinqlər zamanı 347 sahibkarlıq subyektində 21 min 182 məhsula baxış keçirilib.
Belə ki, 86 obyektdə qutuların üzərində etiket məlumatlarının olmadığı və yaxud düzgün aparılmadığı müəyyən edilib.
Aşkarlanan uyğunsuzluqlarla əlaqədar mövcud tələblərə cavab verməyən 3 min 68 ədəd hədiyyə qutusu müvafiq qaydada aktlaşdırılaraq satışdan kənarlaşdırılıb.
Nəzarət tədbirləri davam etdirilir.




Bizim.Media


































































































