Qusarda Milli Qəhrəman Çingiz Qurbanov anıldı - FOTOLAR

Qusarda Milli Qəhrəman Çingiz Qurbanov anıldı - FOTOLAR

Hazırda oxunan: Qusarda Milli Qəhrəman Çingiz Qurbanov anıldı - FOTOLAR

588031

Qusar şəhərində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun anım mərasimi keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəsmilər, şəhidin atası Salman Qurbanov Çingiz Qurbanovun Qusar şəhər Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət ediblər.

Məzarı önünə tər güllər düzülərək şəhidin əziz xatirəsi dərin ehtiramla yad edilib. 

Anım mərasiminin davamında şəhidin ailəsinin evində təşkil olunan ehsan süfrəsində iştirak edilib. Şəhidin ruhuna dualar oxunub, icra başçısı şəhid ailəsinin qayğıları ilə maraqlanıb. 

Qeyd edək ki, Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusar rayonunun Həzrə kəndində anadan olub.
 

Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Texniki Universitetində davam etdirib. 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov iyul ayında həqiqi hərbi xidmətə yollanıb, 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olub, Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra fevralın 6-da doğulduğu Qusar şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.


Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb. Şəhidin adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilib.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO