Salyan və Göygöldə heyvan bazarları fəaliyyətə başladı- FOTO

Salyan və Göygöldə heyvan bazarları fəaliyyətə başladı- FOTO

Hazırda oxunan: Salyan və Göygöldə heyvan bazarları fəaliyyətə başladı- FOTO

587696

Salyan və Göygöl rayonlarındakı heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılaraq yenidən qurulub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən, hər iki bazarın yenidən fəaliyyətə başlamasına icazə verilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, daha əvvəl Bərdə heyvan bazarının fəaliyyətinə icazə verilmişdi.

Yaxın günlərdə baytarlıq-sanitariya normalarına uyğun yenidən qurulan daha bir neçə bazarın da fəaliyyətə başlaması məsələsinə baxılacaq.

“Görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir”, - deyə məlumatda bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO