Öldürülərək quyuya atılan dörd yaşlı Məryəmin atasına cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermək) maddəsi ilə ittiham irəli sürülüb.
Bu gün Xəzər rayon Məhkəməsində prokurorluğun T. Allahyarov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatına baxılacaq.
MÖVZU İLƏ BAĞLI:
Zaurun verilişində studiyaya polislər gəldi: Canlı efirdə saxlanıldı və... - VİDEO
Xatırladaq ki, ötən gün T. Allahyarov ATV-nin “Bizimləsən” proqramında iştirak edib.
Veriliş zamanı T. Allahyarovun həyat yoldaşına göndərdiyi video görüntülər yayımlanıb. Görüntülərdə T. Allahyarovun 4 yaşlı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələr görüntülənib.
Bu görüntülərdən sonra Xəzər rayon Polis İdarəsinun əməkdaşları studiyaya gələrək T. Allahyarovu saxlayıblar.
Bizim.Media