Şərurlu İsfəndiyarla bağlı QƏRAR

Şərurlu İsfəndiyarla bağlı QƏRAR

Hazırda oxunan: Şərurlu İsfəndiyarla bağlı QƏRAR

587512

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə işdə cinayət tərkibi olmadığını əsas gətirərək, İsfəndiyar Axundova bəraət verilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İsfəndiyar Axundov müsahibələrindən birində Emil Səməndərovu dələduz kimi təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO