Sabirabadda körpü uçub.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə Sarxanbəyli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 37 yaşlı Kərimov Nurlan Zəbulla oğlu idarə etdiyi pambıqyığan kombaynla kəndin ərazisindəki “Mil-Muğan” dren-kollektorun üzərindəki körpüdən keçərkən körpünün uçması nəticəsində kombayn kanala aşıb.
Nəticədə sürücü hadisə yerində ölüb.
Bizim.Media, Aran bürosu
































































































