Ali Məhkəmədə "Kanal 11" internet televiziyasının rəhbəri Teymur Kərimovun kassasiya şikayətinə baxılıb.
Bizim.Media xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən məhkəmə T. Kərimovun kassasiya şikayətini qismən təmin edərək, cəzasının 2 il azaldılması barədə qərar verib.
Xatırladaq ki, "Kanal 11" internet televiziyasının rəhbəri Teymur Kərimov 2023-cü ilin 11 dekabr tarixində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin "hədə-qorxu ilə tələb etmə" maddəsi ilə ittiham irəli sürülüb. 2024-cü ilin 28 dekar tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Teymur Kərimov 2 il jurnalistika fəaliyyətinə qadağa qoyulmaqla, 8 il müddətində azadlıqdan məhrum edilib.
Onunla birgə ittiham olunan İstək Totiyevaya isə 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.
Teymur Kərimov və İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qroxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.15 may 2025-ci ildə Bakı Apellyasiya Məhkəməsi cəzanı 7 ilə endirib. (Lent.az)
Bizim.Media
































































































