Niyə isti içkilərlə dondurmanı birlikdə qəbul etmək olmaz - Həkimdən İZAH

Niyə isti içkilərlə dondurmanı birlikdə qəbul etmək olmaz - Həkimdən İZAH

Hazırda oxunan: Niyə isti içkilərlə dondurmanı birlikdə qəbul etmək olmaz - Həkimdən İZAH

586608

60–65°C-dən isti olan içkilər istilik stresi yaradır ki, bu da dişlərdə mikroçatlara və həssaslığın artmasına səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, bu barədə qazeta.ru-ya Piroqov Universitetinin Stomatologiya İnstitutunun terapevtik stomatologiya kafedrasının dosenti Denis Moiseyev məlumat verib.

Mütəxəssisin sözlərinə görə, qış aylarında bir çox insanlar çay, kofe kimi isidici içkiləri daha çox qəbul edirlər, lakin bunlar diş sağlamlığı üçün gizli təhlükə yaradır. Bu içkilər adətən çox isti halda içilir və həddindən artıq yüksək temperatur qısa müddətdə istilik stressinə və diş minasının aşınmasına gətirib çıxarır.

“Güclü qızdırıldıqdan sonra şüşə stəkanı soyuq suya qoyanda nə baş verdiyini təsəvvür edin. Zamanla dişlərdə yaranan bu zədələr rəngləyici maddələr (çay, qəhvə, şərab) üçün “qapı” rolunu oynayır və kariyes riskini artırır”, — deyə həkim xəbərdarlıq edib.

Risk altında olan digər toxuma isə dentindir. Bu toxuma dişin içində sinir ucları ilə zəngin pulpa boşluğuna aparan mikroskopik kanalcıqlarla doludur. Temperatur fərqləri nəticəsində mina zədələndikdə bu kanalların ağızları açılır, ağız mühiti ilə təmas yaranır və isti, soyuq, turş qidalara qarşı kəskin ağrılı reaksiya (hiperesteziya) meydana çıxır.

Dişləri qorumaq üçün içkini dəmlədikdən sonra 5–7 dəqiqə gözləyin. Əgər içki dodaqları yandırırsa, deməli, mina üçün də təhlükəlidir. Ən vacib qayda kontrast birləşmələrdən imtina etməkdir.

İsti içkidən bir qurtum alıb dərhal buzlu su və ya dondurma yemək qətiyyən olmaz. İsti içki içmisinizsə, soyuq qidanı yalnız 15–20 dəqiqədən sonra qəbul etmək olar. İsti içkilər mövsümü ərəfəsində stomatoloq həmçinin tərkibində kalsium və fosfatlar olan reminerallaşdırıcı diş məcunları və gellərdən, eləcə də həssaslığı azaldan məcunlardan istifadə etməyi tövsiyə edir. Bu vasitələr dentin kanalcıqlarını “bağlamağa” və diş minasını möhkəmləndirməyə kömək edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO