Qubanın dağlıq Qrız kəndinin 88 yaşlı sakini Abdrəhman Yaqubov kəndə gələn yerli və xarici turistlərin ən çox görüşdüyü insanlardandır. Həmişə onunla həmsöhbət olmağı özlərinə borc bilirlər. Eşmə bığlı, şən, zarafatcıl Abdrəhman kişi onunla ünsiyyətə girən hər kəsi zarafatı, qonaqpərvərliyi və Koroğlunu xatırladan eşmə bığları ilə dərhal cəlb edir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ağsaqqal soruşanlara həmişə deyir ki, cavanlıqda da bığ saxlayıb, amma 1958-ci ildən bu yana daimi olaraq saxlayır və hər səhər bığlarına həvəslə qulluq edir.
Qrızlılar Abdrəhman kişini həm də xeyriyyəçi kimi tanıyır.
2006-cı ildə Həcc ziyarətinə gedən ağsaqqal kənddə öz vəsaiti ilə məscid tikdirib. Kənd sakinləri və bura gələn turistlər burada ibadətlə məşğul olur, namaz qılır.
Hacı Abdrəhman baba həm də gözəl ailə başçısıdır. 8 övladı, 26 nəvəsi və 19 nəticəsi var, ailəcanlığı və qonaqpərvərliyi ilə kənddə xüsusi olaraq tanınır.
Dəniz səviyyəsindən 2200 metr hündürlükdə yerləşən Qrız kəndinin saf dağ havası, əsrarəngiz təbiəti də Abdrəhman kişini gümrah və cavan saxlayan amillərdəndir.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:52 / 04.02.2022
8 övladı, 26 nəvəsi və 19 nəticəsi var – ONU SİZ DƏ TANIYIN - FOTO
Hazırda oxunan: 8 övladı, 26 nəvəsi və 19 nəticəsi var – ONU SİZ DƏ TANIYIN - FOTO
Hazırda oxunan: 8 övladı, 26 nəvəsi və 19 nəticəsi var – ONU SİZ DƏ TANIYIN - FOTO
58651
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.