Gecələr yaxşı yatmaq üçün 6 əsas qayda

Gecələr yaxşı yatmaq üçün 6 əsas qayda

Hazırda oxunan: Gecələr yaxşı yatmaq üçün 6 əsas qayda

586329

Yuxu üzrə mütəxəssis Liza Artis altı əsas prinsipin yuxunun keyfiyyətini artırdığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə ən vacib amil müntəzəm rejimdir: yatmaq və oyanmaq vaxtını sabit saxlamaq lazımdır.

Bəzən gec yatmaq mümkündür, lakin səhər eyni vaxtda qalxmaq vacibdir ki, yuxu rejimi pozulmasın.

Artis həmçinin yatmazdan əvvəl smartfonu ən azı 20 dəqiqə əvvəl söndürməyi və bu zamanı istirahət rituallarına, yəni isti duş, vanna və ya yorğan-altında rahatlanmağa sərf etməyi tövsiyə edib. Mütəxəssis bildirib ki, ideal yuxu üçün otaq temperaturu 16-18°C olmalıdır.

Yuxunun keyfiyyətini artırmaq üçün yuxudan üç saat əvvəl ağır qidalar yeməmək və spirtli içkilərdən çəkinmək də vacibdir. (Milli.Az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO