2025-ci ildə 20 ali təhsil müəssisəsində kiber klublar YARADILIB

2025-ci ildə 20 ali təhsil müəssisəsində kiber klublar YARADILIB

Hazırda oxunan: 2025-ci ildə 20 ali təhsil müəssisəsində kiber klublar YARADILIB

586279

"Bu il 20 seminar və vebinar, 30 təlim təşkil olunub və bu tədbirlər 4000-dən çox iştirakçını əhatə edib".

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabarov  illik hesabat təqdimatında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
 

O qeyd edib ki, bundan basqa təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilib,  20 ali təhsil müəssisəsində kiber klubların yaradılmasına və fəaliyyətinin dəstəklənməsinə töhfə verilib.


AKTA il ərzində kibertəhlükəsizlik və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri və ekspertləri bir araya gətirərək ölkənin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsinə töhfə verib.

Rauf Cabarov qeyd edib ki, il ərzində müxtəlif mövzularda təşkil olunan 80 tədbirdə 8 mindən çox mütəxəssis, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
 

İcraçı direktor vurğulayıb ki, AKTA fəaliyyətində təhsil sahəsinə də xüsusi önəm verib. Universitetlərdə yaradılan kiberklublar, həyata keçirilən müxtəlif layihələr və ənənəvi Kiber Yay Məktəbi bu istiqamətdə əsas təşəbbüslər sırasındadır.


Kiber Yay Məktəbinə xarici ölkələrdən də iştirakçılar qoşulub və 150-yə yaxın məktəbli, tələbə və kiber klub üzvü burada təhsil almaq imkanı əldə edib.

R.Cabarov əlavə etdi ki, AKTA bu fəaliyyətləri 2026-cı ildə də davam etdirəcək.

Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO