Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda bu ilin dekabr ayının 15-də ölməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Bizim.Media-ya Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib.
Faktla bağlı hazırda araşdırma davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:34 / 18.12.2025
21 yaşlı əsgər hospitalda vəfat edib – RƏSMİ
Hazırda oxunan: 21 yaşlı əsgər hospitalda vəfat edib – RƏSMİ
Hazırda oxunan: 21 yaşlı əsgər hospitalda vəfat edib – RƏSMİ
586211
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































