DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT: “Ehtiyatsızlıq bir ömürlük peşmanlığa çevrilə bilər”

DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT: “Ehtiyatsızlıq bir ömürlük peşmanlığa çevrilə bilər”

Hazırda oxunan: DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT: “Ehtiyatsızlıq bir ömürlük peşmanlığa çevrilə bilər”

586208

Piyadavurma hadisələri yol qəzası olmaqla yanaşı, həm də ailələrin taleyinə dəyən zərbədir.

Təəssüf ki, bir anlıq diqqətsizlik, tələskənlik və ya məsuliyyətsiz qərar bəzən geridönüşü olmayan nəticələrə səbəb olur.

Yollarda ən müdafiəsiz hərəkət iştirakçısı piyadadır. Onların təhlükəsizliyi isə sürücü intizamından bilavasitə asılıdır. Piyada keçidinə yaxınlaşarkən azaldılmayan sürət, vaxtında verilməyən reaksiya bir ömrü yarıda qoya bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə və piyadalara ünvanlanan müraciətində deyilir.

BDYPİ hər kəsi yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır: “Sürücülər, sükan arxasında olduğunuz hər saniyə bir həyatın məsuliyyətini daşıyırsınız. Piyada keçidlərinə yaxınlaşarkən sürəti azaldın, uşaqlara, yaşlılara, xüsusilə gecə saatlarında və məhdud görünmə şəraitində piyadalara qarşı daha diqqətli olun. Piyadalar, təhlükəsizlik, ilk növbədə, sizin davranışınızdan başlayır. Yolu yalnız müəyyən edilmiş yerlərdən keçin, işıqforun tələblərinə əməl edin və unutmayın ki, tələskənliyiniz həyatınız bahasına başa gələ bilər. Unutmayaq ki, bir anlıq ehtiyatsızlıq bir ömürlük peşmanlığa çevrilə bilər”,- deyə müraciətdə bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO