Qarlı və şaxtalı hava şəraiti qış imtahanları dövründə tələbələrin universitetlərə gedib-gəlməsində müəyyən çətinliklər yarada bilər. Bu isə imtahanların onlayn keçirilməsi və ya təxirə salınması məsələsini gündəmə gətirir.
Maraqlıdır, qış imtahanları onlayn formada və yaxud ləğv oluna bilərmi?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “konkret.az”a açıqlama verən təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, fövqəladə halların baş verdiyi dövrlərdə imtahanların keçirilmə forması və vaxtı dəyişdirilə bilər:
“Ümumiyyətlə, fövqəladə hallar zamanı Nazirlər Kabinetinin və Elm və Təhsil Nazirliyinin xüsusi razılığı əsasında imtahanların yeri və vaxtı dəyişilə bilər. Əgər ciddi və təhlükəli vəziyyət yaranarsa, bunun üçün uyğun variant seçilir.”
Ekspertin sözlərinə görə, bu praktika yalnız Azərbaycana xas deyil və digər ölkələrdə də oxşar hallarda tətbiq olunur:
“Məsələ ölkəmiz üçün spesifik deyil. Bütün hallarda ciddi, həlli mümkün olmayan vəziyyət yaranarsa, icra orqanlarının qərarına əsasən imtahanın vaxtı və forması dəyişdirilə bilər.”
Qeyd edək ki, hazırkı mərhələdə qış imtahanlarının onlayn keçirilməsi və ya ləğvi ilə bağlı rəsmi qərar yoxdur. Bu kimi qərarlar yalnız hava şəraitinin kəskinləşməsi və təhlükəsizlik risklərinin artması fonunda qəbul edilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:55 / 18.12.2025
Universitetlərdə semestr imtahanları ləğv edilə bilər
Hazırda oxunan: Universitetlərdə semestr imtahanları ləğv edilə bilər
Hazırda oxunan: Universitetlərdə semestr imtahanları ləğv edilə bilər
586147
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































