Gəncədə 4-cü sinif şagirdinin xəsarət aldığı məktəbdən AÇIQLAMA

Gəncədə 4-cü sinif şagirdinin xəsarət aldığı məktəbdən AÇIQLAMA

Hazırda oxunan: Gəncədə 4-cü sinif şagirdinin xəsarət aldığı məktəbdən AÇIQLAMA

586104

Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib.

Baş vermiş hadisə ilə bağlı təhsil müəssisəsindən Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildiriblər ki, 17 dekabr tarixində Gəncə şəhər 1 saylı məktəbdə 4-cü sinif şagirdi sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirib.
 

Hadisədən dərhal sonra təcili tibbi yardım çağırılıb, zərərçəkən şagirdə ilkin tibbi yardım göstərilib və o, müayinə məqsədilə xəstəxanaya aparılıb.


Məktəblinin valideynləri məlumatlandırılıb. Şagirdin səhhəti məktəb rəhbərliyinin diqqətindədir.

Qeyd edək ki, 17 dekabrda 1 saylı orta məktəbdə 4-cü sinif şagirdi S.Hüseynli göz nahiyəsindən xəsarət alıb. Bu səbəbdən məktəbə təcili tibbi yardım briqadası çağırılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO