Keçmiş məhkum həbsdən çıxdı - Oğurluq edib narkotik aldı

Keçmiş məhkum həbsdən çıxdı - Oğurluq edib narkotik aldı

Hazırda oxunan: Keçmiş məhkum həbsdən çıxdı - Oğurluq edib narkotik aldı

586007

Bakıda 52 yaşlı kişi narkotik almaq üçün oğurluq edib.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Ağazər Abbasov (ad və soyad şərtidir) bir neçə dəfə oğurluq və quldurluq cinayətlərinə görə azadlıqdan məhrum edilib.

O, bir ay öncə cəzası başa çatdığı üçün azadlığa buraxılıb.

Azadlığa çıxdığı vaxtdan bir neçə gün sonra o, narkotik almaq üçün pul axtarsa da, tapa bilməyib. Heç yerdə işləməyən A.Abbasov oğurluq etmək qərarına gəlib.

O, qonşuluqdakı evlərdən birində təmir getdiyini bilib, həmin evdə yaşayış olmadığını müəyyən edərək oğurluq əməlini reallaşdırıb.
 

Mənzili təmir edən usta evdən çıxandan sonra Ağazər hasardan aşaraq, qonşunun həyətinə keçib. O, həyətdən samovar, drel, laqonda və digər əşyalar olmaqla, ümumilikdə həyətdən 1500 manatlıq oğurluq edib. Keçmiş məhkum həmin əşyaları qiymətindən dəfələrlə ucuz qiymətə satıb.


O, həmin pulla 0.786 qram psixotrop maddə olan metamfetamin (patı) alıb. A.Abbasov həmin maddəni istifadə edərkən polis əməkdaşları tərəfindən yaxalanıb.

Faktla bağlı cinayət işi başlanıb və iş Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə A.Abbasov 2 il 9 ay azadlıqdan məhrum edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO