Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə 17 ailə - 69 nəfər, Xocavəndin Hadrut qəsəbəsinə 6 ailə - 26 nəfər, Qırmızı Bazar qəsəbəsinə 18 ailə - 90 nəfər, Ağdamın Xıdırlı kəndinə isə 16 ailə - 45 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.





Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:24 / 17.12.2025
Onlar da doğma yurdlarına qayıdırlar – FOTO
Hazırda oxunan: Onlar da doğma yurdlarına qayıdırlar – FOTO
Hazırda oxunan: Onlar da doğma yurdlarına qayıdırlar – FOTO
585946
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































