Tovuzda toyu təxirə düşən 14 yaşlı qız DANIŞDI – VİDEO

Tovuzda toyu təxirə düşən 14 yaşlı qız DANIŞDI – VİDEO

Hazırda oxunan: Tovuzda toyu təxirə düşən 14 yaşlı qız DANIŞDI – VİDEO

585894

Tovuz rayonunun Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tərəfindən mərasimin qarşısı alınan qız danışıb.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, N.Əsgərova toy mərasiminin keçirilmədiyini deyib:

"Sadəcə "Hə" mərasimi keçirilirdi. Toy və ya nişan olmayıb. Ailə quracağım bəylə dağda tanış olmuşdum. Anası-atası da bilirdi. "Hə" almağa gəlmişdilər, o da baş tutmadı".


N.Əsgərova oğlan evi tərəfdən cəmi 5-6 nəfərin gəldiyini deyib: "Qeyd elədiyim kimi, "hə" almağa gəlmişdilər, mərasim də bu münasibətlə keçirilirdi. Yaşım 18-ə çatanadək məni gözləyəcəkdilər. Yaşım tamam olduqdan sonra toyumuz olacaqdı".

N.Əsgərova həmçinin bildirib ki, təhsil almaq arzusu olub, amma imkansızlıqdan təhsilinə davam edə bilməyib:

"Mahir Ələkbərov adına Öysüzlü kənd tam orta məktəbində oxuyurdum. Altıncı sinifdən çıxmışam. Səbəb imkansızlıq oldu. Təzədən yenə məktəbə müraciət etdim, qəbul eləmədilər, dedilər, bu məktəbdə yer yoxdur".

Xatırladaq ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsinin qarşısı alınıb. tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO