Qida əlavələri ilə bağlı YENİ TƏLƏB – Yalnız bu halda satışına icazə veriləcək

Qida əlavələri ilə bağlı YENİ TƏLƏB – Yalnız bu halda satışına icazə veriləcək

Hazırda oxunan: Qida əlavələri ilə bağlı YENİ TƏLƏB – Yalnız bu halda satışına icazə veriləcək

585880

Bioloji aktiv qida məhsullarına dair yeni tələb müəyyənləşib.

Bununla bağlı Nazirlər Kabineti bununla bağlı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan  Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydaları və qeydiyyatın qüvvədəolma müddəti”ndə dəyişiklik edib.

Qərara əsasən, məhsulun qablaşdırılmasının üzərində və onların istifadə təlimatlarında (içlik vərəqlərində) əmtəə nişanı adının yazıldığı hər yerdə əmtəə nişanı adının altında onunla eyni ölçüdə və şriftdə olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş “DƏRMAN VASİTƏSİ DEYİLDİR!” sözləri yazılmalı, həmçinin “Uşaqların əli çatmayan yerdə saxlayın” məlumatı əks etdirilməli və onların bioloji aktiv qida məhsullarına aid olması göstərilməlidir.

Bu tələbin sosial əhəmiyyəti nədən ibarətdir?

Məsələyə münasibət bildirən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya bildirib ki, bu qərarın çox böyük sosial əhəmiyyəti var:

“Çünki istehlakçının aldığı məhsul haqqında ətraflı və dolğun məlumat almaq hüququ var. Nəzərə alaq ki, ölkəmizə gətirilən qida əlavələrinin çoxunun içliyi əcnəbi dildədir. Bu da istehlakçıya əlavə problem yaradır. İstehlakçı belə vəziyyətdə daha çox satıcının fikirlərinə əsaslanır. Bu da doğru deyil.
 

Fikrimi əsaslandırmaq üçün bir nümunə göstərmək istəyirəm. Bu yaxınlarda deputatlardan birinin dərman vasitələrinin içliklərinin uzun-uzadı yazılmasına etirazı etdiyini gördüm. Bu məndə həm təəccüb, həm də təəssüf hissi oyatdı. Deputat elə bilir ki, dərman yalnız ondan istifadə edənlər üçündür.

 

Amma reallıqda dərmanlar həm də tədqiqatlar, laboratoriyalar, dərmanların tərkibini öyrənən institutlar və hətta həkimlər üçün vacib materialdır. Ona görə də dərman içlikləri ətraflı və dəqiq yazılmalıdır ki, ondan istifadə edənlər də lazımı fayda görə bilsinlər. Bu faktoru qida əlavələrinə də şamil edə bilərik. Əgər qida əlavələri haqqında nə qədər çox məlumat alsaq, bir o qədər faydalı olar”.  

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO