Riskli peşədə XANIMLAR - ANAMA-da neçə minaaxtaran qadın ÇALIŞIR?

Riskli peşədə XANIMLAR - ANAMA-da neçə minaaxtaran qadın ÇALIŞIR?

Hazırda oxunan: Riskli peşədə XANIMLAR - ANAMA-da neçə minaaxtaran qadın ÇALIŞIR?

585875

Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) minaaxtaran qadınlarla yanaşı, 4 nəfər minaaxtaran it bələdçisi xanım da fəaliyyətə cəlb olunub.

Bu barədə agentlikdən Bizim.Media-ya verilən açıqlamada qeyd olunub.

“2023-cü ildən etibarən qadınlardan ibarət minatəmizləmə qrupları işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunub. Onlar ilk öncə Ağdam rayonu ərazisində, hal-hazırda isə Ağdərə rayonu Talış kəndi ərazisində minatəmizləmə əməliyyatlarında iştirak edirlər.  Hazırda 18 qadın minaaxtaran və 2 qadın paramedik fəaliyyət göstərir”.

Verilən məlumatda  qadın minaaxtaranların işə qəbulu mərhələsinin həyata keçirilməsi qaydaları da qeyd olunub:

Psixoloji yoxlanış, biliklərin yoxlanması, təlimlər...

Agentlikdən qeyd olunub ki, elan verildiyi zaman təyin olunmuş sənədlərlə müraciət edilir, sənədlərin uyğunluğu, psixoloji vəziyyətinin uyğunluğu və sağlamlıq vəziyyətinin yararlı olması yoxlanılır:

“Daha sonra müraciət etmiş namizəd müsahibəyə çağırılır. Müsahibə zamanı namizədin oxuma, yazma bacarığı, riyazi bilikləri qiymətləndirilir və fiziki normativlər götürülür. Fəaliyyətə başlamazdan öncə onlar da kişi minaaxtaranlar kimi Humanitar Minatəmizləmə və ilk tibbi yardım təlimi daxil olmaqla 3 aya yaxın davam edən təlimlərə cəlb olunurlar. Təlimlərin məqsədi, mina və partlamamış hərbi sursatları tanımaq, aşkar etmək və işarələmək, eləcə də ilk tibbi yardım üçün lazım olan əsas bilik, bacarıq və davranış qaydalarını öyrətməkdən ibarətdir. Təlimləri uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilir, həmin nümayəndələr ANAMA tərəfindən akkreditasiyadan keçiriləndən sonra minatəmizləmə əməliyyatlarına cəlb olunurlar”.

Nəzrin Mirzəyeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO