Goranboyda maşın 12 yaşlı qızı xəstəxanalıq etdi

Goranboyda maşın 12 yaşlı qızı xəstəxanalıq etdi

Hazırda oxunan: Goranboyda maşın 12 yaşlı qızı xəstəxanalıq etdi

585493

Goranboyda 12 yaşlı qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində hərəkətdə olan Naftalan şəhər sakini, 1941-ci il təvəllüdlü Ə.Aslanov idarə etdiyi avtomobillə yolu qarşı tərəfə keçmək istəyən, piyada 2011-ci il təvəllüdlü A.Əsədovanı vurub.

Muxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə xəstəxanaya yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO