Astarada gəlin qayınanası və baldızını qaynar çayla YANDIRDI

Astarada gəlin qayınanası və baldızını qaynar çayla YANDIRDI

Hazırda oxunan: Astarada gəlin qayınanası və baldızını qaynar çayla YANDIRDI

585397

Astarada gəlin qayınanası və baldızına yanıq xəsarətləri yetirib.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb.

Kənd sakini, 45 yaşlı Süsən İmanova (ad və soyad şərtidir) toy yığıncağında iştirak etmək üçün oğlu ilə birgə əmisi arvadı olan qayınanasının evinə gedib.

Burada onunla qayınanası və baldızı arasında mübahisə yaşanıb. Mübahisə zamanı Süsən odun peçinin üstündəki isti çaydanı götürərək, içərisindəki çayı qayınanasının üstünə töküb. Nəticədə qadının bədəninin 17 faizi yanıq xəsarətləri alıb. Bu zaman baldızı çaydanı Süsənin əlindən almaq istəyib. Lakin qaynar çay onun da ayağının üstünə tökülüb.

Faktla bağlı Süsən İmanova barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərərvurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində peşman olduğunu və bir daha belə hərəkət etməyəcəyini bildirib.

Astara Rayon Məhkəməsinin qərarı ilə Süsən İmanova barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO