Məktəblərdə mütaliə paradoksu – Təhsilə DƏSTƏK, yoxsa MƏCBURİYYƏT?

Məktəblərdə mütaliə paradoksu – Təhsilə DƏSTƏK, yoxsa MƏCBURİYYƏT?

Hazırda oxunan: Məktəblərdə mütaliə paradoksu – Təhsilə DƏSTƏK, yoxsa MƏCBURİYYƏT?

585337

Sinifdənxaric oxu şagirdlərin dünyagörüşünü genişləndirən, dil bacarıqlarını, düşünmə qabiliyyətini  formalaşdıran  mütaliə növüdür. Sovet təhsil sistemində də var idi, müasir təhsildə də əvəzolunmaz metoddur.
 

Azərbaycanın bəzi məktəblərrində, xüsusilə də özəllərdə kitab klubları təşkil olunur ki, uşaqlar müəyyən saatlarda kollektiv kitab oxuyub, sonra fəal müzakirələr edirlər. Amma bu proses sistemli şəkildə bütün məktəblərdə tətbiq olunmadığından, yanaşma əsasən müəllimin öz təşəbbüsü, yaxud valideynlərin dəstəyi ilə həyata keçir.


Bəzi müəllimlər uşaqlara istiqamət vermək məqsədi ilə xüsusi kitab siyahıları təqdim edir, digərləri isə daha çox şagirdlərin maraq dairəsini önə çəkərək sərbəst seçim yaradırlar.  

Bu isə sual doğurur: hazırlanmış siyahı təhsildə dəstəkdir, yoxsa şagirdin oxu azadlığına müdaxilə?

Xüsusən də sosial şəbəkələrdə valideynlər müəllimlərin kitab seçimi ilə bağlı siyahı tərtib etməsi və aldırması müzakirələri gündəmdədir. İddia olunur ki, bəzi müəllimlər konkret nəşriyyatların çap etdiyi kitabları aldırırlar.

Təhsil eksperti İradə Əhmədova Bizim.Media-ya açıqlamasında məsələyə belə münasibət bildirib:

“Şagirdə kitab siyahısı vermək onun seçiminə müdaxilə etmək deyil, yönləndirməkdir.

Xüsusən də aşağı siniflərdə – onlar hələ sərbəst qərar verə bilmirlər, yanlış ədəbiyyata meyillənə bilərlər. Əgər məqsəd şagirdə keyfiyyətli və yaşına uyğun ədəbiyyat tövsiyə etməkdirsə, bunu tənqid etmək yox alqışlamaq lazımdır.
 

Sadəcə valideynləri burda qıcıqlandıran siyahının təqdim edilmə formasındadır. Müəllim “mütləq bu kitablar, filan mağazadan alınıb oxunmalıdır” deyirsə, əlbəttə yanlış anlaşılma olacaq. Çünki bu, məcburiyyət yaradır və şagirdlərin motivasiyasını azaldır.


Oxu vərdişi məhz azad seçimlə formalaşır, uşağın maraq duymadığı kitabı oxumağa məcbur etmək onu mütaliədən uzaqlaşdırmaq deməkdir”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO