Ən çox azərbaycanlılar arasında bu xəstəlik GENETİK ÖTÜRÜLÜR

Ən çox azərbaycanlılar arasında bu xəstəlik GENETİK ÖTÜRÜLÜR

Hazırda oxunan: Ən çox azərbaycanlılar arasında bu xəstəlik GENETİK ÖTÜRÜLÜR

585335

Müxtəlif etnik qrupları təmsil edən Rusiya sakinlərindən 166.000-dən çox genetik təhlil götürülərək 2-ci tip diabetin inkişaf riskləri araşdırılıb.

Bizim.Media Rusiya mətbuatına istinadən bildirir ki, genotek mütəxəssislərinin fikrincə, artan meyllilik daha çox azərbaycanlılar arasında, ən az isə yakutlar arasında aşkar olunub.
 

Mütəxəssislər xəstəlik üçün ən güclü genetik risk faktorlarından biri kimi tanınan TCF7L2 gen variantının yayılmasını araşdırıblar. İki T allelinin olması CC variantının daşıyıcıları ilə müqayisədə 2-ci tip diabetin inkişaf riskini ikiqat artırır.


Təhlilə görə, risk allel kombinasiyasına ən çox Azərbaycanlılar (16.03%), ardınca ermənilər (15.16%) və daha sonra çeçenlər (10.38%) arasında rast gəlinir. Ən aşağı tezlik başqırdlar (1.1%) və yakutlar (0.14%) arasında aşkar edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO