Abşeronda dekabrın 12-də "Azərişıq"ın əməkdaşı cərəyan vurması nəticəsində ölüb.
Bizim.Media xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsinin ərazisində qeydə alınıb.
Belə ki, Abşeron rayonunun Fatmayı kənd sakini 1995-ci il təvəllüdlü Ülvi Bəhrəm oğlu Məcidlini elektrik dirəyində cərəyan vurub.
Hadisə nəticəsində o ölüb. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
































































































